- Köhnə - Cəmiyyət
- 5 Sentyabr 2013 15:35
- 2 982
İsmayıl Ömərov İTV-dəki istefalardan danışdı
Bunu açıqlamasında İctimai Televiziyanın keçmiş direktoru İsmayıl Ömərov İTV-dəki son istefalara münasibət olaraq bildirib.
"Kimsə öz ərizəsi ilə işdən çıxırsa rəhbərlik buna neyləsin? Və ya rəhbərlik yeni komanda formalaşdırırsa, bu barədə mən nə deyə bilərəm", - İ.Ömərov deyib.
Keçmiş direktor bu yay ilk dəfə olaraq bol istirahət etdiyini və hazırda televiziya sahəsi üzrə elmi iş üzərində çalışdığını da bildirib.
"Xahiş edirəm mənə İTV-nin indiki durumu ilə bağlı suallar verməyin. Mən 8 il direktor oldum və istefa verdim. Yeni rəhbərlik televiziyanı necə idarə etmək istəyirsə, elə də etsin".
Qeyd edək ki, son günlər İTV-nin tanınmış aparıcıları, redaktorları istefa ərizəsi yazaraq televiziyanı tərk ediblər. ( teleqraf.com)
AzNews.az