Zahid Orucun qardaşının səlahiyyətlərinə xitam verildi

Mərkəzi Seçki Komissiyası 103 saylı Gədəbəy seçki dairəsi komissiyasının üzvü Zakir Məhərrəm oğlu Orucovun səlahiyyətlərinə oktyabrın 9-da keçiriləcək prezident seçkisinin nəticələri rəsmi elan olunanadək müvəqqəti xitam verib. Zakir Orucov prezidentliyə namizəd Zahid Orucun qardaşıdır.

Seçki Məcəlləsinə görə, qeydə alınmış namizədlərin yaxın qohumları (həyat yoldaşı və həyat yoldaşının yaxın qohumları, uşaqlar, valideynlər, övladlığa götürülənlər, qardaşlar, bacılar, nəvələr, babalar, nənələr) seçki komissiyasının həlledici səs hüquqlu üzvü kimi fəaliyyət göstərə bilməzlər. Belə olduqda seçki komissiyası üzvünün səlahiyyətlərinə müvəqqəti xitam verilir və onu əvəzedici üzv əvəz edir.(musavat.com)

AzNews.az