Bayram Hüseynzadənin yeni vəzifəsi bəlli oldu – ÖZƏL

Təhsil Nazirliyində uzun illər ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsində çalışmış Bayram Hüseynzadənin vəzifəsində qalıb-qalmaması maraq mövzusudur.

Nazirlikdə aparılan struktur dəyişikliyinə əsasən ümumi şöbə və ictimaiyyətlə əlaqələr şöbəsinin ləğv edilərək, yerində informasiya şöbəsi yaradılmasından sonra B.Hüseynzadə də vəzifəsini avtomatik olaraq itirib.

AzNews.az-a daxil olan məlumata görə, B.Hüseynzadəyə yeni yaradılan şöbənin nəzdində yaradılan KİV-lə əməkdaşlıq sektoruna rəhbərlik təklif edilib. B.Hüseynzadənin bu təkliflə razılaşdığı və hələlik əsas fəaliyyətini nazirliyin mətbu orqanı olan "Azərbaycan müəllimi" qəzetinə rəhbərliklə məhdudlaşdığı vurğulanır. Qəzetin sentyabrın 13-də nəşr olunan növbəti buraxılışında da B.Hüseynzadənin baş redaktor olduğu göstərilib.

Elnur
AzNews.az