- Köhnə - Cəmiyyət
- 16 Sentyabr 2013 20:35
- 2 237
Millət vəkili dalaşdığı şəxsi həbs etdirdi - Özəl
AzNews.az xəbər verir ki, deputatla mülk üstündə mübahisələri yaranan və bir müddət əvvəl bununla bağlı davada adı hallanan Rauf Qubadov barəsində 10 günlük həbs qərarı çıxarılıb.
Abşeron rayon Polis İdarəsindən AzNews.az-a verilən məlumata görə, şəxsin həbs edilməsi deputatın şikayəti əsasında baş verib. Millət vəkili şikayət ərzəsində qeyd edib ki, Rauf Qubadov onu təhqir edib.
Qeyd edək ki, deputat bir müddət əvvəl Rauf Qubadovun Xırdalan şəhərindəki evini satın alıb. Evin yaxınlığındakı bir sot torpaq sahəsi tərəflərin narazılığına səbəb olub.
Ruhiyyə
AzNews.az