Xədicə İsmayıl bu gün həbs edilə bilər

"Azadlıq" Radiosunun jurnalisti Xədicə İsmayıl həbs edilə bilər. AzNews.az-ın məlumatına görə, bu barədə o özü şəxsi "facebook" səhifəsində məlumat verib. Jurnalist yazıb ki, bu gün Binəqədi rayon məhkəməsində onunla bağlı proses keçiriləcək, özü isə prosesdə iştirak etməyəcək: "Bu gün Binəqədi rayon məhkəməsi Süpürgə işinə baxır. Xatırladıram ki, söhbət mitinqdə iştirakıma görə kəsilmiş cəriməni ödəməkdən imtina etdiyimə görə cəzalandırma prosesindən gedir. Məhkəmədə olmayacam. İndi Praqadayam, bu gecə gəlirəm Bakıya. Ya həbs qərarı verəcəklər, ya da verməyəcəklər. Həbs qərarı versələr, təyyarə Bakıya enən kimi həbs ehtimalı var. Hava limanındaca. Qorxulu bir şey yoxdur. Gəlib çıxmasam, yəqin ki, Binəqədi təcridxanasında olacam".

Elnur