"Sabitlik üçün hər kəs İlham Əliyevə səs verməlidir"

YAP Binəqədi rayon təşkilatı prezident seçkilərində təbliğat-təşviqat kampaniyasına başlayıb. Kampaniyaya binəqədili ağsaqqallarla görüşlə start verilib.

YAP Binəqədi rayon təşkilatından Modern.az-a verilən məlumata görə, görüşdə rayon ağsaqqalları, Milli Məclisin deputatları, Respublika Ağsaqqallar şurasının sədri, millət vəkili Fəttah Heydərov, hacı Madər Musayev, Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri Eldar İbrahimov, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov və digər qonaqlar iştirak ediblər.

YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov keçirilən görüşün çox əlamətdar olduğunu bildirib. O qeyd etdi ki, YAP-ın 5-ci qurultayında partiya tarixi bir qərar qəbul edib və partiya seçkilərdə iştirak etmək üçün prezident İlham Əliyevin namizədliyini irəli sürüb.

"Biz təbilğata başlamaq haqda düşünən zaman qərara gəldik ki, bu kampaniyaya elə ilk xeyir-duanı ağsaqqallar versinlər. Bu məqsədlə tədbir təşkil olunub".

Respublika Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov bildirib ki, İlham Əliyevin ciddi təbliğata ehtiyacı yoxdur, çünki son on il ərzində böyük işlər görülüb.

"Ona görə də inkişaf, sabitlik üçün hər bir kəs prezident İlham Əliyevə səs verməlidir".

Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri Eldar İbrahimov Azərbaycanda sahələrdə sürətli inkişaf getdiyini deyərək qeyd edib:
"Biz ağsaqqalların mənəvi haqqı yoxdur ki, imkan verək ki, ölkədə stabillik pozulsun...

...İlham Əliyev bütün fəaliyyətini ölkə üçün, Azərbaycan xalqı üçün edir. Mən bilirəm ki, Binəqədi ağsaqqaları əl-ələ verib güclü Azərbaycanın inkişafı üçün işləyəcəklər. Bizim devizimiz "İlhamla İrəli"-dir və bu devizlə də irəliyə doğru addımlayacayıq".

Millət vəkili Hacı Madər Musayev ölkədə davam edən sürətli inkişaf və quruculuq işlərindən danışaaraq, bir daha hər kəsi məsuliyyətli olmağa səsləyib.

YAP Siyasi Şuranın üzvü, Gənclər Birliyinin sədr müavini Ramin Məmmədov və rayon ağsaqqalları seçkilər və ölkədə gedən inkişafla bağlı çıxışlar ediblər.

AzNews.az