- Köhnə - Cəmiyyət
- 21 Sentyabr 2013 08:17
- 2 132
Tələbə köçürmələri ilə bağlı qaydalar niyə dəyişdirilir?
Təhsil Nazirliyindən verilən məlumata görə, hazırda ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin köçürülməsi, tələbələr sırasından xaric edilməsi və bərpa olunması, akademik məzuniyyət alması və təkrar kursda saxlanılması 1996-cı ildə təsdiq olunmuş Əsasnamə ilə tənzimlənir.
Nazirlikdən bildirilib ki, ötən illərin təcrübəsi, xüsusən də respublikanın 2005-ci ildə Boloniya prosesinə qoşulması və Boloniya Bəyannaməsinin əsas tələbi olan ali təhsil müəssisələrində tədrisin kredit sistemi ilə təşkili həmin əsasnamədə müvafiq dəyişikliklərin aparılması zərurətini yaradıb. Qeyd olunanları nəzərə alaraq, Təhsil Nazirliyi tərəfindən yeni qaydaların layihəsi hazırlanıb və hazırda müvafiq struktur bölmələrində geniş müzakirə olunur. Həmin layihə təsdiq edildikdən sonra onun əsas müddəaları geniş ictimaiyyətə çatdırılacaq.
AzNews.az