- Köhnə - Cəmiyyət
- 30 Sentyabr 2013 13:23
- 2 061
ATƏT rəsmiləri VHP nümayəndəsi ilə görüşdü
Bu gün ATƏT-in Azərbaycandakı seçkiləri müşahidə missiyasının Qərb zonası üzrə təmsilçiləri Moniko Lisitskaya və İIqor Kzima VHP Şəmkir rayon təşkilatının sədri Ülfət Zeynalovla görüşüb.
Partiyadan AzNews.az-a daxil olan məlumata görə, görüşdə qarşıdan gələn 9 oktyabr prezident seçkiləri, rayonda və bölgədə seçki ilə vəziyyət müzakirə olunub.
Ülfət Zeynalov seçki ilə bağlı durumu nümayəndələrə izah edib. Görüş qarşılıqlı dialoq şəraitində keçib.
AzNews.az