- Köhnə - Cəmiyyət
- 1 Oktyabr 2013 11:43
- 2 096
Penitensiar müəssisələrdə seçkilərlə bağlı iclas keçirildi
Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasında keçiriləcək Prezident seçkilərinin penitensiar müəssisələrdə seçki qanunvericiliyinə uyğun təmin edilməsi, seçkilərə hazırlıq, əməli köməklik göstərilməsi məqsədi ilə Ədliyyə Nazirliyi Penitensiar xidmət üzrə yaradılmış komissiyanın iclası keçirilib.
Komissiyanın sədri, Penitensiar xidmətin rəis müavini ədliyyə general-mayoru Hüseyn Əlixanov seçkilərə hazırlıqla bağlı komissiyanın üzvlərinin hesabatlarını dinləmiş, tabe qurumlarda seçkilərin azad, sərbəst səsvermə yolu ilə keçirilməsi üçün bütün lazımi şəraitin yaradılmasının vacıbliyini vurğulayıb.
AzNews.az