Ziyalılar Forumu buraxılıb? - Açıqlama


"Hər bir an Ziyalılar Forumunun toplantısının keçirilməsi mümkün ola bilər. Sadəcə olaraq bununla bağlı müəyyən təşəbbüs, yaxud da təklif irəli sürülsə, onu müzakirə edib toplantının keçirilməsini gündəliyə sala bilərik".

Bunu AzNews.az-a Ziyalılar Forumunun İcra Aparatının rəhbəri Eldar Namazov bildirib. Onun fikrincə, Ziyalılar Forumunun əksər üzvləri Milli Şurada təmsil olunduğuna görə, üzvlərimizin toplanmasına lüzum qalmır: "Seçki prosesi gedir. Milli Şura sədri, vahid namizəd, Milli Şuranın İcra Aparatının rəhbəri, bir çox komissiyaların rəhbərləri də Ziyalılar Forumunun üzvlərinə daxil olan insanlardır. Bunu nəzərə alaraq, Ziyalılar Forumu Milli Şuranın tərkibində fəaliyyət göstərir. Ona görə də son dövrlərdə Ziyalılar Forumunun ayrıca bir iclası keçirilməmişdir. Ancaq buna baxmayaraq, Milli Şuraya daxil olan və olmayan Ziyalılar Forumunu üzvləri bir-biri ilə daim əlaqədə olur".

Bahar Rüstəmli
AzNews.az