- Köhnə - Cəmiyyət
- 3 Oktyabr 2013 15:30
- 4 479
“Atəşgah” Sığorta yeni saytını istifadəyə verdi
Məsələn, bundan sonra peşəkar məsləhətçilərdən pulsuz konsultasiya (sığorta hadisələrinin tənzimlənməsi də daxil olmaqla), müştərinin evinə və ya göstərilən ünvana agentin çağırılması, pulsuz sifariş zəngi (Şirkət mütəxəssisləri müştəri üçün rahat olan vaxtda onunla telefon əlaqəsi qurması), göstərilən ünvana pulsuz çatdırılma (müştəri vaxtını itirib ofisə gəlmir), korporativ müştərilərə bütün növ sığorta xidmətlərinin online rejimdə təqdim edilməsi mümkün olacaq.
Saytda boş iş yerləri qeyd olunmaqla daima yenilənən "Vakansiyalar" bölməsi, ofislərin dəqiq yerləşməsi və gediş planı və digər funksiyalar da yerləşdirilib.
Qeyd edək ki, "Atəşgah" Sığorta Şirkəti 1996-cı ildən fəaliyyət göstərir. "Atəşgah" Sığorta Şirkəti və "Atəşgah Həyat" Sığorta Şirkəti "Atəşgah" Sığorta Qrupuna daxildir. 2012-ci ilin nəticələrinə görə, Qrupun sığorta haqları 53,5 milyon AZN, ödənişləri isə 13,2 milyon. AZN təşkil edib. "Atəşgah" Sığorta Qrupu müştərilərinə 20-dən çox sığorta növü üzrə xidmət göstərir.
AzNews.az