- Köhnə - Cəmiyyət
- 9 Oktyabr 2013 09:04
- 2 317
ABŞ şirkəti seçkilərdə “exit-poll” keçirir - Yenilənib
Saat 08-də başlayan "exit-poll" saat 16-ya qədər davam edəcək.
18 saylı Nərimanov-Nizami seçki dairəsinin 4 saylı məntəqəsində sorğu aparan AJF əməkdaşı seçicilərin fəallığının yüksək olduğunu söyləyib: "Biz məntəqədən çıxan seçicilərə anonim sorğumuzda iştirak etməyi təklif edirik. Lakin bəzi seçicilər özləri könüllü bizə yaxınlaşır". O, kişi seçicilərin və 18-29 yaş və 60-69 yaş arasındakı seçicilərin "exit-poll"da daha fəal olduğunu deyib.
10:19
ABŞ-ın "Artur J.Finkelsteinand Associates" (AJF) şirkəti "APA Holding"in dəvəti ilə Azərbaycandakı prezident seçkilərində "exit-poll" keçirir.
APA-nın xəbərinə görə, səhər saat 08.00-da Bakıda AJF-in informasiya mərkəzi açılıb. Ölkənin hər yerindən "exit-poll"un nəticələri bu mərkəzə daxil olacaq.
Şirkətin icraçı direktoru Barbara Fiala şirkətin 1676 nümayəndəsinin ölkə üzrə 835 məntəqədə 60.336 respondentlə "exit-poll" keçirəcəyini açıqlayıb. O qeyd edib ki, nəticələr dəqiq olacaq və xəta 0,4% təşkil edəcək.
AJF-in əməliyyatlar üzrə meneceri Ann Barnhart məlumatların hər 3 saatdan bir informasiya mərkəzinə daxil olacağını söyləyib. Məlumatları təxminən 40 operator emal edəcək: "Biz məlumatların lazımi qaydada toplandığına və emal olunduğuna əminlik hasil etmək üçün çox iş görmüşük. 60 mindən çox sorğu nəticənin minimal xəta ilə dəqiqliyinə imkan verəcək".
Xatırladaq ki, "Artur J.Finkelsteinand Associates" (AJF) şirkəti ilə "APA Holding" arasında əməkdaşlıq haqqında müqavilə sentyabr ayrında holdinqin prezidenti Vüsalə Mahirqızı və şirkətin icraçı direktoru Barbara Fiala arasında imzalanıb.
Qeyd edək ki, "Artur J.Finkelsteinand Associates" şirkəti ABŞ-da 40 ildir siyasi konsaltinq və tədqiqatlar sahəsində fəaliyyət göstərən nüfuzlu şirkətdir. Şirkətin nümayəndələri ABŞ, Kanada, İsrail və Şərqi Avropa ölkələrində müxtəlif siyasi kampaniyalarda iştirak ediblər, sorğular keçiriblər və strategiyalar hazırlayıblar.
AzNews.az