Türkiyəli deputatlar seçkinin gedişatından danışdı

Azərbaycanda keçirilən prezident seçkilərini izləyən beynəlxalq müşahidəçilərin arasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvləri də var.

APA-nın məlumatına görə, Bakıda seçkiləri izləyən Ərdəhan millət Ənsar Öyüt və Amasya millət vəkili Ramiz Topal səsvermənin gedişini, seçki hazırlıqlarını yüksək qiymətləndirdiklərini bildiriblər.

Məntəqələrdə veb-kameraların quraşdırılması barədə danışan TBMM üzvləri, Türkiyədə belə bir təcrübənin olmadığını deyiblər.

Onlar indiyədək 8 məntəqədə prosesi izlədiklərini, müşahidələrini səsvermə başa çatanadək davam etdirəcəklərini açıqlayıblar.

AzNews.az