Ukrayna prezidenti Azərbaycan prezidentini təbrik etdi

Ukrayna prezidenti Viktor Yanukoviç oktyabrın 9-da Azərbaycan prezidenti İlham Əliyevə zəng edib.

APA-nın məlumatına görə, V. Yanukoviç dövlətimizin başçısını prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edib, Azərbaycan xalqının firavanlığı naminə ona ali dövləti fəaliyyətində uğurlar arzulayıb.

Prezident İ. Əliyev göstərilən diqqətə və təbrikə görə Ukrayna prezidentinə minnətdarlığını bildirib.

Prezidentlər ölkələr arasında mövcud olan dostluq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq əlaqələrin bundan sonra da inkişaf etdiriləcəyinə əmin olduqlarını qeyd ediblər.

AzNews.az