İlham Əliyev İspaniya kralını təbrik etdi

Azərbaycan prezidenti İlham Əliyev İspaniya kralı I Xuan Karlosa təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"İspaniya Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı Azərbaycan xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan-İspaniya dövlətlərarası münasibətləri, dostluq və əməkdaşlıq əlaqələrimiz xalqlarımızın mənafelərinə uyğun olaraq daha da inkişaf edəcək və genişlənəcək.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost İspaniya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".

AzNews.az