Bayram namazı nə vaxt qılınacaq?

Azərbaycanda Qurban Bayramı münasibətilə qılınacaq bayram namazının vaxtı məlum olub.

Qafqaz Müsəlmanları İdarəsinin Beynəlxalq əlaqələr şöbəsindən verilən məlumata görə, bayram namazı oktyabrın 16-da səhər saat 09:00-da qılınacaq.

Bütün məscidlərdə, o cümlədən "Təzə Pir" məscidində də bayram namazı qılınacaq.

Qeyd edək ki, Azərbaycanda oktyabrın 15-i və 16-sı Qurban Bayramı günü kimi qeyd olunur.

AzNews.az