Sabaha olan hava proqnozu

Bakı və Abşeron yarımadasında oktyabrın 21-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyinin gündüz mülayimləşəcəyi gözlənilir. Havanın temperaturu gecə 10-14, gündüz 15-19 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 10-15, gündüz 20-25, dağlarda gecə 0-5, gündüz 13-18 dərəcə isti olacağı gözlənilir.

AzNews.az