Minimum əmək haqqı 120 manat olacaq


Bu gün Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib.

AzNews.az-ın məlumatına görə, iclasda "Sosial sığorta haqqında" Qanuna dəyişiklik edilməsi, o cümlədən "Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri müzakirə olunub.

Qanun layihələri təsdiq olunaraq, plenar iclasa göndərilməsi qərara alınıb.

"Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında" qanunda gələn il ücün ehtiyac meyyarı 100 manat, "Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında" qanunda minimum əmək haqqı isə 120 manat olması təklif olunub.

AzNews.az