Mübariz Mənsimov İlham Əliyevi təbrik etdi


Palmali Şirkətlər Qrupunun sədri Mübariz Mənsimov İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibətilə təbrik edib.

AzNews.az-ın məlumatına görə, təbrik məktubunda deyilir:

"Prezident seçkilərində möhtəşəm qələbəniz münasibətilə Sizi Palmali Şirkətlər Qrupunun çoxminli kollektivi adından və şəxsən öz adımdan ürəkdən təbrik edirəm. Bu şəksiz qələbə bütün Azərbaycan xalqının qələbəsidir. Bu təmiz və şəffaf qələbə Azərbaycan xalqının Sizə olan inamının qələbəsidir. Bu qədirbilən xalqımızın Sizə olan etimadının qələbəsidir. Bu böyük qələbə ulu öndər Heydər Əliyev fəlsəfəsinin təntənəsidir.

Dəfələrlə bəyan etdiyim kimi, mən və mənim komandam, Palmalidə çalışanların hamısı hər zaman, hər an Sizin yanınızdayıq, bütün tapşırıq və tövsiyələrinizi yerinə yetirməyə hazırıq. Güclü və firavan Azərbaycan, xoşbəxt sabahımız, Qarabağımız naminə Sizə cansağlığı, uzun ömür arzulayırıq. Ali dövləti vəzifənizdə Sizə uğurlar diləyirik".

AzNews.az