- Köhnə - Cəmiyyət
- 6 Noyabr 2013 13:55
- 3 657
Nazirlik TQDK-nın nəticələrini araşdırdı
Nazirlikdən verilən məlumata görə, tədqiqat Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrini (ümumi təhsil məktəblərinin nəzdindəki qiyabi qruplar nəzərə alınmayıb), Təhsil Nazirliyinə tabe məktəbləri və ali məktəblərin nəzdində fəaliyyət göstərən məktəbləri əhatə edib.
336 məktəb haqqında toplanılmış məlumat əsasında tədqiqatın hesabatı hazırlanıb.
Aparılmış tədqiqatın nəticələrinə uyğun olaraq, Təhsil Nazirliyi Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin reytinq siyahısını hazırlanıb. Hazırlanmış reytinq siyahısında Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin 2012-2013-cü və 2011-2012-ci dərs ili üzrə nəticələrinin müqayisəli təhlili də öz əksini tapıb.
Elnarə
AzNews.az