Cəmil Həsənli bacısı oğlu ilə bağlı xəbəri təkzib etdi - Açıqlama

Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə keçmiş namizədi Cəmil Həsənli qohumunun Bakı Dövlət Universitetindən (BDU) çıxarılması xəbərinə münasibət bildirib.

C. Həsənli AzNews.az-a açıqlamasında deyib ki, qohumu Nəsimi Rzayev BDU tarix fakültəsində dokoranturada təhsil alır:

"Mənim bildiyimə görə, orada anlaşılmazlıq var. Ola bilsin ki, Nəsimi universitetdə saat hesabı dərs deyirmiş və bunu da ondan alıblar. Onu ümumiyyətlə, universitetdən çıxarmaq üçün isə mütləq imtahandan kəsilməlidir. İndi də imtahan vaxtı deyil".

Cəmil Həsənli həmçinin bildirdi ki, Nəsimi Rzayev onun bacısı oğlu yox, yaxın qohumudur.

Qeyd edək ki, mediada Cəmil Həsənlinin bacısı oğlu olduğu bildirilən Nəsimi Rzayevin çalışdığı BDU-dan çıxarıldığı haqda məlumat yayılıb.

Bahar
AzNews.az