Azarkeşlər avtobusa hücum etdi - Foto

AzNews.az Rekord. az - a istinadən xəbər verir ki, "Bakı"ya böyükhesablı məğlubiyyəti həzm edə bilməyən "Xəzər Lənkəran" azarkeşləri acıqlarını futbolçulardan, daha doğrusu onları daşıyan avtobusdan çıxıblar.

Qarşılaşmadan təxminın 1 saat sonra arenanı tərk edən maşını gözləyən fanatlara görə, avtobus bazanı arxa qapıdan tərk etməli olub. Azarkeşlər isə bundan gec xəbər tutublar. Buna baxmayaraq, onlar Sumqayıt-Bakı trassını keçərək paytaxta doğru irəliləyən klub avtobusuna çata biliblər. Komandanı daşıyan avtobusa hücum edən fanatlar, hətta bir müddətlik nəqliyyatın axınına mane də olublar.

AzNews.az