Bu gün qar yağacaq

Bu gün səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi axşam mülayimləşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakıda və Abşeron yarımadasında havanın temperaturunun gecə 7-9, gündüz 10-14 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında noyabrın 28-də arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 3-8, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

AzNews.az