Əbülfəs Qarayevlə görüşmək istəyənlərin nəzərinə

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Şəki şəhərində vətəndaşları qəbul edəcək.


Nazir dekabr ayının 16-da, saat 11:00-da Şəki şəhərindəki Olimpia İdman Kompleksində (Salman Mümtaz küçəsi, 1) Şəki, Mingəçevir, Naftalan şəhərlərindən və Zaqatala, Balakən, Qax, Ağdaş, Goranboy, Xocalı, Bərdə, Tərtər, Ağam rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

AzNews.az Nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, vətəndaşlar Nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

AzNews.az