- Köhnə - Cəmiyyət
- 19 Dekabr 2013 11:19
- 1 729
Yağmursuz hava şəraiti hökm sürəcək- Proqnoz
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, dekabrın 20-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Bəzi yerlərdə zəif duman proqnozlaşdırılır, mülayim şimal-qərb küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında dekabrın 20-də havanın temperaturu gecə 0 dərəcəyə yaxın, gündüz 5-9 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında dekabrın 20-də hava əsasən yağmursuz keçəcək, əsasən gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.
Aran rayonlarında gecə 0-5 dərəcə şaxta, gündüz 5-11 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə şaxta, gündüz isə 0-5 dərəcə isti olacaq. Yüksək dağlıq ərazilərdə gecə 15-18, gündüz 2-7 dərəcə şaxta proqnozlaşdırılır.
Dekabrın 22-dək Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əlverişli olacaq.
AzNews.az