“Rafiq Hüseynov iki saatdan sonra Bakıda olacaq”- Həyat yoldaşı


"Biz artıq hava limanındayıq. Bir azdan təyyarəyə minəcəyik. Ümid edirəm ki, Rafiq müəllim təyyarədə heç bir problem yamayacaq. Allah özü ona kömək olsun".

Bunu AzNews.az-a tanınmış diktor Rafiq Hüseynovun həyat yoldaşı Səbinə Hüseynova deyib. Onun sözlərinə görə, iki saatdan sonra Rafiq Hüseynov Azərbaycanda olacaq.

Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən xalq artisti Rafiq Hüseynov dekabrın 10-da Türkiyədə əməliyyat olunub. Onun müalicə və müayinəsinin bütün xərcləri Heydər Əliyev Fondu tərəfindən ödənilib.

Bahar Rüstəmli
AzNews.az