Prezident İlham Əliyev iftar süfrəsinə qatılacaq

Mərasimə dini icmaların rəhbərləri, diplomatik nümayəndəliklərin təmsilçiləri də dəvət olunub


Qafqaz Müsəlmanları İdarəsi prezident İlham Əliyevin də iştirakı ilə iftar mərasimi keçirəcək. Bu barədə məlumat AzNews- a QMİ-dən verilib. İftar mərasiminə ölkəmizdəki dini icmaların rəhbərləri, xarici ölkələrin Azərbaycandaki diplomatik nümayəndəliklərinin təmsilçiləri qatılacaq.

QMİ- nin sədri, bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin iqamətgahında təşkil olunacaq iftar mərasiminin avqustun 17- də keçirilməsi nəzərdə tutulur.


Kəmalə

AzNews.az