Millət vəkili əlil qadına avtomobil bağışladı

Millət vəkili Adil Əliyev xüsusi qayğıya ehtiyacı olan Sevda Səfərəliyevaya avtomobil hədiyyə edib.


Bu barədə məlumatı S.Səfərəliyeva sosial şəbəkədəki səhifəsində yazıb:

"Sonuncu dəfə bir çox illər bundan əvvəl, Azərbaycan Dövlət İqtisad Universitetinə daxil olanda belə sevinmişdim. Bu hadisə bir daha sübut etdi ki, Azərbaycanda tutduğu mövqeyə layiq olan millət vəkili, verdiyi sözü yerinə yetirən insan var imiş. Əlilliyi olan insanların, xüsusilə ümumi səbəbdən əlilliyi olan insanların problemlərini onunla ilk dəfə bölüşdüyüm andan qarşı tərəfdən gözləmədiyim diqqət və həssaslığın şahidi oldum.

Geniş yazışmamızdan sonra Adil bəy evimizə də gəlib mənimlə şəxsən tanış oldu, məni, fəaliyyətimi bir qardaş kimi çox dəstəklədi. Bu insan sözün həqiqi mənasında məni yaxşı mənada çox təəccübləndirdi".


S.Səfərəliyevaya KİA markalı avtomobilin açarları Azərbaycan Kikboksinq Federasiyasının 2013-cü ilin yekunları ilə bağlı tədbirində təqdim olunub: "Bu axşam məni idmançıların və kikboksinqçilərin dostu kimi hədsiz xoş sözlərlə tədbirdəki qonaqlara təqdim edəndə çox həyəcanlandım.

Fikrimcə, başqa mövqe sahibi olan insanlar da bu gözəl işdə Adil bəylə yarışa girməlidirlər. Adil Əliyevə mənə təqdim etdiyi gözəl və mənim üçün çox dəyərli olan hədiyyəyə, ən əsası isə insanlara olan ümidimi yaşatdığına görə bir daha sonsuz təşəkkürümü bildirirəm!"


Elnur
AzNews.az
image description image description image description