- Köhnə - Cəmiyyət
- 28 Dekabr 2013 11:56
- 2 833
Bu körpə 100 000- ci sakin oldu- FOTO

Saatlı rayonunun 100 000-ci sakini dünyaya gəlib. Dekabrın 27-də Quliyevlər ailəsində doğulan körpə rayonun 100 000-ci sakini olub.
Xəstəxanadan verilən məlumata görə, uşağın və anasının səhhəti ilə bağlı heç bir narahatlıq yoxdur.
Ailəsinin Fariz adını qoyduğu körpənin 100 000-ci sakin kimi dünyaya gəlişi xüsusi qeyd olunub.
Belə ki, körpənin anası Ülviyyə Quliyeva ilə görüşən rayon rəsmiləri onu təbrik edərək, ailəyə pul mükafatı təqdim ediblər.
Qeyd edək ki, 2013- cü il ərzində Saatlıda 1883 uşaq dünyaya gəlib.
Tural Mustafayev
AzNews.az