Həmkarları deportasiya olunan jurnalistin müdafiəsinə qalxdı

"Todays Zaman" qəzetinin azərbaycanlı xanım jurnalisti danışdı


"Todays Zaman" qəzetinin azərbaycanlı jurnalisti Lamiyə Adilqızı həmkarı və həmyerlisi Mahir Zeynalovla bağlı baş verən hadisələrə münasibət bildirib.

AzNews.az-a açıqlamasında L. Adilqızı deyib ki, M. Zeynalovaya qarşı qərəzli münasibət "Tvitter" hesabında yazdığı fikirlər olub: "Burada o sadəcə öz düşüncələrini paylaşıb. Türkiyə demokratik bir ölkədirsə, onun yazdıqları fikirlər də normal qaşılanmalıdır. Təəssüf ki, Mahir Zeynalovun bu fikirləri Türkiyə hökuməti tərəfindən normal qarşılanmadı və nəticədə o deportasiya olundu".

L. Adilqızı vurğulayıb ki, bununla bağlı Türkiyə hökumətinin də rəsmi açıqlamasını gözləyirlər: "Çünki iddiaçı tərəf hökumətdir.

"Todays Zaman" qəzetində Azərbaycandan mən və Mahir çalışırıq. Qəzet rəhbərliyi hər zaman bizə dəstək olub və bu məsələdə də Mahir Zeynalova dəstək olacaq".

Qeyd edək ki, "Todays Zaman"nın Azərbaycanlı jurnalisti Mahir Zeynalovun deportasiyasına səbəb özünün şəxsi "Tvitter" hesabında Türkiyə hökumətinin əleyhinə ittihamlar səsləndirməsi olub. Türkiyədən M.Atatürk adına Hava Limanından deportasiya olunan Mahir Zeynalov artıq Bakıdadır.

Amid
AzNews.az