"Şikayətlərin kəskin şəkildə azalmasını müşahidə edirik" "Şikayətlərin kəskin şəkildə azalmasını müşahidə edirik"

Mikayıl Cabbarov təhsil kreditlərindən danışdı

"Şikayətlərin kəskin şəkildə azalmasını müşahidə edirik"




Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov Türkiyədə dövlət xətti ilə təhsil alan tələbələrin aylıq təqaüdlərinin rübdə bir dəfə verilməsi ilə bağlı narazılıqlara münasibət bildirib.

Nazir Mikayıl Cabbarov jurnalistlərə deyib ki, son aylar ərzində həmin tələbələrə təqaüdlərin vaxtında verilməsi üçün Təhsil Nazirliyi tərəfindən addımlar atılıb: "Biz də bu prosesləri izləyirik. Əslində, şikayətlərin sayının kəskin şəkildə azalmasını müşahidə edirik".

Nazir deyib ki, tələbələr konkret şikayət və müraciətləri olduqda Təhsil Nazirliyinin "Qaynar xətt"inə və bu məqsədlə yaradılan İşçi Qrupa müraciət edə bilərlər.

M.Cabbarov qeyd edib ki, Türkiyədə dövlət xətti ilə təhsil alan tələbələrin təqaüdlərinin məbləği Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyənləşdirilir.

Nazir ali təhsil müəssisələrində təhsil kreditlərinin verilməsi ilə bağlı ali məktəblərdə yaranan problemə də aydınlıq gətirib.

AzNews.az