“Günüm həkimdə keçir”– Zəlimxan Yaqub

Aşıqlar Birliyinin sədri, xalq şairi Zəlimxan Yaqub müayinə üçün yenidən Almaniyaya gedəcək.


Bunu AzNews.az-a Zəlimxan Yaqub özü deyib. O bildirib ki, daim həkim nəzarətində olur: "Günüm həkimdə keçir. Səhərdən həkimdəyəm, indi çıxmışam. Səsimin belə asta gəlməsindən qorxmayın. Həkimdə olduğum günlərdə səsim belə olur".

Z. Yaqub fevralın 27-də yenidən müayinə almaq üçün Almaniyaya gedəcəyini söyləyib.

Xatırladaq ki, xalq şairi Zəlimxan Yaqub böyrək xəstəliyindən əziyyət çəkir.

Bahar
AzNews.az