İlham Əliyev sərəncam imzaladı

"Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyətinə sədr təyin edilib.


Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

Sənədə əsasən, Samir Dönməz oğlu Cəfərov "Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyətinin sədri təyin edilib.

Qeyd edək ki, "Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyətinin sədri Samir Cəfərov 1975-ci ildə Sumqayıt şəhərində anadan olub.

Türkiyənin Uludağ və Hacettepe universitetlərində Beynəlxalq münasibətlər ixtisası üzrə bakalavr, magistr və doktorluq dərəcələri almışdır. Moskva Dövlət Universitetində elmi işlə məşğul olmuşdur. Türkiyədə metal emalı üzrə fəaliyyət göstərən şirkətdə məsul vəzifələrdə çalışmış, bir sıra ölkələrdə metallurgiya sahəsində şirkətlər qurmuş, sahibkarlıqla məşğul olub.

Rus, ingilis, ispan və türk dillərini sərbəst bilir. Müxtəlif dillərdə beynəlxalq münasibətlər sahəsində kitab və nəşrlərin müəllifidir.
2008-ci ildən Heydər Əliyev Fondunun Türkiyə nümayəndəliyinin rəhbəridir.

AzNews.az