“Sən də QİÇS-ə yox de“- yeni layihə

Prezident yanında Gənclər Fondunun maliyyə dəstəyi və "Gənclərin töhfəsi" ictimai birliyinin tərəfdaşlığı ilə "Sən də QİÇS-ə yox de" adlı layihənin icrasına start verilib.

Layihə rəhbəri Sahil Abuşovun verdiyi məlumata görə, layihənin keçirilməsində əsas məqsəd cəmiyyətin diqqətini bu xəstəlikdən əziyyət cəkən insanlara yönəltmək, Qazanılmış İmmun Çatışmazlığı Sindromuna (QİÇS) yoluxmanın səbəbləri barədə gəncləri məlumatlandırmaq, gənclərin asudə vaxtının səmərəli təşkil etməkdən ibarətdir.

Layihə çərçivəsində 1 günlük təlim keçiriləcək. Təlimdə təşkilat komitəsi tərəfindən seçilmiş 30 gənc iştirak edəcək. Təlim 23 fevral 2014-cü il tarixdə "Divan" hotelinin konfrans zalında baş tutacaq. Layihənin sonunda layihə iştirakçılarına layihə rəhbəri tərəfindən sertifikatlar təqdim olunacaq.

AzNews.az