ABŞ səfiri “Xocalının anım günü” ilə bağlı bəyanat verdi

AzNews.az xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar "Xocalının anım günü" ilə bağlı bəyanat verib.

Bəyanatda Amerika Birləşmiş Ştatlarının Minsk Qrupunun həmsədri kimi sülhə nail olmaq üçün tərəflərlə birgə işələməyə sadiq qaldığını vurğulanıb:

"Biz Xocalı faciəsinin bütün azərbaycanlılar üçün böyük ağrı-acı olduğunu anlayırıq. İstənilən insan itkisi faciədir və Ermənistanla Azərbaycan arasında müharibədə hər iki tərəfdə baş vermiş insan itkiləri Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həll edilə bilməyəcəyini bizə bir daha xatırladır. Yalnız uzunmüddətli və dinc həll yolu regiona sabitlik, rifah və barışıq gətirə bilər. Amerika Birləşmiş Ştatları Minsk Qrupunun həmsədri kimi sülhə nail olmaq üçün tərəflərlə birgə işələməyə sadiqdir".

AzNews.az