- Köhnə - Cəmiyyət
- 7 Mart 2014 10:53
- 4 402
Söyün Sadıqov: “Krımın Rusiyaya birləşdirilməsi təhlükəlidir”

AzNews.az-ın məlumatına görə, bunu Rusiya Prezdenti yanında Millətlər Şurasının üzvü, azərbaycanlı milyarder Söyün Sadıqov deyib.
S. Sadıqov bildirib ki, Azərbaycan Qarabağla bağlı erməni separatizmindən əziyyət çəkir: "20-ci əsrin sonlarında Qarabağda baş verən hadisləri xatırlamaq lazımdır. Təəssüf ki, SSRİ-nin varisi kimi Rusiya bu problemi həll edə bilmədi".
S.Sadıqov əlavə edib ki, Krımın Rusiya Federasiyasına birləşdirilməsi bu ölkə üçün çox təhlükəli tendensiyalara yol aça bilər: "Rusiyada çoxlu "yatmış" separatçılar var. Bu mənada, onlar da fəallaşmaq üçün Rusiya rəhbərliyinin səhvini gözləyirlər. Rusiya xalqı bundan əziyyət çəkə bilər".
Məhəmməd
AzNews.az