Cavanşirdən Elvinə 4 minlik toy hədiyyəsi - Foto

Ötən gün toyu olan müğənni Elvin Abdullayevə əməkdar artist Cavanşir Məmmədovdan hədiyyə gəlib.

Axşam.az-ın məlumatına görə, C.Məmmədov 1 milyonluq "Rolls Royce Phantom 6,7 AT" avtomobilini sənətçiyə gəlin maşını olaraq verib. Bu haqda müxbirimizlə söhbətində E. Abdullayev deyib:

"Cavanşir müəllim hər toya gəlmir. Mənim məclisimdə açılışı o etdi. Eyni zamanda istəyimi yerə salmayıb avtomobilini gəlin maşını olaraq mənə verdi. O maşının bir dəfə götürülməsinin haqqı 4 min manatdır. Mənə isə təmənnasız verildi. Saat 5 tamamdan 10-a kimi qulluğumuzda oldu. Ona deyən kimi söylədi ki, sənə böyük hörmətim var. Cavanşir Məmmədova, bəstəkar Nailə Mirməmmədliyə və toyun müğənni aparıcısı Eltona xüsusi təşəkkür edirəm".

AzNews.az