Teleaparıcı “Xalq qəzeti”ni məhkəməyə verir

Teleaparıcı İlham Mirzəyev "Xalq" qəzetini məhkəməyə verməyə hazırlaşır. Bu açıqlamanı İlham Mirzəyev Yasamal rayon Məhkəməsində həbs etdirdiyi Asif Əliyevin cinayət işi üzrə keçirilməsi nəzərdə tutulan prosesdən əvvəl deyib.
Onun sözlərinə görə, ötən həftə "Xalq qəzeti"ndə onun barəsində həqiqətə uyğun olmayan yazı yazılıb: "Həmin yazını yazanlar pul alıb, yazı dərc ediblər. Onları məhkəməyə verəcəm. Prezidentin də bundan xəbəri var. Onlar cəzalandırılcaqlar". Qeyd edək ki, bu gün Yasamal rayon Məhkəməsində keçirilən prosesdə çıxış edən prokuror Asif Əliyevin 5 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib ("Publika.az").