Komitə sədri Şamaxı Cümə məscidində- FOTO

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsini sədri Elşad İskəndərov Prezident İlham Əliyevin sərəncamı ilə bərpa edilmiş tarixi Şamaxı Cümə məscidinə baş çəkib. Komitədən AzNews.az-a daxil olan məlumata görə məscidin yeni dini icması tərəfindən yaradılmış kitabxanaya Dövlət Komitəsinin kitabxanasından 100 adda ədəbiyyat təqdim edilib.

E.İskəndərov Şamaxı Cümə məscidinin yeni dini icmasının üzvləri ilə görüşüb. Görüş zamanı dini icma üzvləri Prezident İlham Əliyevin din sahəsinə diqqət və qayğısını yüksək qiymətləndirərək, bildiriblər ki, tarixi Şamaxı Cümə məscidinin yenidən dindarların istifadəsinə verilməsi bu qayğının ən bariz nümunələrindən biridir. Qeyd edilib ki, ölkə başçısının müəyyən etdiyi fəaliyyət proqramına uyğun olaraq DQİDK tərəfindən dini maarifləndirmə sahəsində geniş işlərin aparılması, dini icmalarla müntəzəm sıx əlaqələrin qurulması, ilk dəfə olaraq dini icmaların sosial layihələrə cəlb olunması, dindarlar arasında vətənpərvərlik hissinin, tolerantlıq ənənələrinin təbliği sahəsində həyata keçirilən kompleks tədbirlər diqqətəlayiqdir.

İntiqam
AzNews.az