Rauf Əliyev AzərTAC-da fəaliyyətə başladı- FOTO

"Xalq qəzeti"nin siyasət şöbəsinin keçmiş icmalçısı Rauf Əliyev (Kəngərli) AzərTAC-də fəaliyyətə başlayıb. Artıq bu rəsmi agentlikdə onun imzası ilə xəbərlər yayınlanır. Qeyd edək ki, bir neçə gün əvvəl R.Əliyevin AzərTAC-ın Naxçıvan bürosuna rəhbər təyin olunması ilə bağlı xəbər yaymışdıq. Bəzi saytlar isə sözügedən şəxsə istinadən xəbəri təkzib etmişdi.

AzərTAC Dövlət İnformasiya Agentliyinə diqqət yetirməklə Rauf Əliyevin doğrudan da burada fəaliyyətə başladığını görmək olar.


İlqar
AzNews.az