- Köhnə - Cəmiyyət
- 12 İyul 2014 06:58
- 4 474
Mehriban Əliyeva caz konsertində- FOTOLAR

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva konsertdə iştirak edib.
Caz ifaçısı kimi tanınan Əməkdar Artist İsfar Sarabskinin konserti Kann şəhərinin sakinlərinə və qonaqlarına xoş ovqat bəxş edib, Azərbaycan mədəniyyət günlərinə daha bir çalar qatıb. Kannda musiqi janrları arasında sərbəstliyi ilə seçilən caz sədaları səslənib. Müstəqil, yüngül, eyni zamanda dərin və mənalı musiqi. Bu gecə Azərbaycan məhz bu musiqinin təqdimatı ilə növbəti dəfə Kannın qəhrəmanı olub.
Caz musiqisinin virtuaz ifaçısı İ. Sarabskinin çıxışı kanlılar və şəhərin qonaqları tərəfindən böyük maraqla qarşılanıb.
AzNews.az






