- Köhnə - Cəmiyyət
- 31 İyul 2014 17:27
- 2 265
Azərbaycana narkotik vasitə gətirməsinin qarşısı alınıb
Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan piyada yolla Azərbaycana gələn Rusiya Federasiyasının vətəndaşları – Zeynal Bayramov və özünü onun həyat yoldaşı kimi təqdim edən Marina Berestin üzərində yoxlama keçirilib.
Yoxlama zamanı onlardan 2 ədəd bağlamada ümumi xalis çəkisi 264,694 qram olan narkotik vasitə - tiryək aşkar olunub.
AzNews.az