“Mənim Fövqəladə Hallar Nazirliyində işlə təmin olunmağımı kim yazıb?” “Mənim Fövqəladə Hallar Nazirliyində işlə təmin olunmağımı kim yazıb?”

Elçibəyin oğlu qəzəbləndi: “Mənim işlə təmin olunmağımı kim yazıb?”

“Mənim Fövqəladə Hallar Nazirliyində işlə təmin olunmağımı kim yazıb?”

Bunu Modern.az-a açıqlamasında mərhum prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev deyib.

Onu təbrik edəndə isə "Bunu hansı saytlar yazıb? Siz nə danışırsınız?" - deyə əsəbi cavab verib. "Yeni işinizə nə vaxt başlayacaqsınız" sualına isə "ümumiyyətlə, heç nə danışmaq istəmirəm. Sağ olun!" – deyərək telefonunu söndürüb.

Qeyd edək ki, Milli Azadlıq Hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevə FHN-də iş verilməsi ilə bağlı xəbərlər yayılıb.

Ərturqut Əliyevin dayısı Mirmöhsün Mahmudov isə saytlara açıqlamasında xəbəri təsdiqləyərək əlavə edib ki, Ərturqut FHN-də kurs keçir və 3 aydan sonra işlə təmin olunacağı gözlənilir.

AzNews.az