“Leyla Yunus beynəlxalq təşkilatlara müraciət etməklə Azərbaycanın imicinə zərbə vurmaq istəyir. “Leyla Yunus beynəlxalq təşkilatlara müraciət etməklə Azərbaycanın imicinə zərbə vurmaq istəyir.

“Leyla Yunusu heç kim müdafiə etməyəcək“ - Millət vəkili

“Leyla Yunus beynəlxalq təşkilatlara müraciət etməklə Azərbaycanın imicinə zərbə vurmaq istəyir.

Ancaq o kimdir ki, onun müraciəti əsasında beynəlxalq təşkilatlar hansısa qərar qəbul etsinlər. Ola bilər ki, Avropada, Avropa Şurasında, ABŞ-da bəzi parlamentarilər L.Yunusu üzdən tanısınlar. Çünki onun çirkli pullar hesabına xaricə səfərləri çox olub. Amma heç kim dövlətinə, millətinə xəyanət edən, ölkəsinin milli maraqlarını satan bir şəxsi müdafiə etməz. L.eyla Yunus həbsxanadan Vicdan Məhbuslarının Müqavimət Hərəkatı adlı mənasız bir qurumun yaradılması iddiası ilə çıxış edib. Bu, özünü müdafiədən başqa bir şey deyil. O, diqqəti özünə cəlb etmək istəyir və çalışır ki, xaricdə Azərbaycan əleyhinə təbliğatlar aparan erməni "qardaş-bacıları"ndan dəstək alsın".



Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Çingiz Qənizadə bildirib.

Leyla Yunusun Azərbaycanın AŞ Nazirlər Komitəsinin rəhbərliyindən uzaqlaşdırılması tələbi ilə beynəlxalq təşkilatlara müraciət etməsinə münasibət bildirən millət vəkili Ç.Qənizadə qeyd edib ki, Azərbaycanda qanunların aliliyi qorunur: "Əgər Leyla Yunus da bu qanunları pozubsa, milli maraqlarımızı tapdalayıbsa, düşmənlərimizlə işbirliyi quraraq dövlətçiliymiz əleyhinə işlər görübsə, mafioz, təxribatçı xarici qruplaşmalardan pul alıb ölkəmizdə istədiyi layihələr reallaşdırmaq istəyibsə, təbbi ki, o cəzasını alacaq və buna görə onun hay-küy salması yolverilməzdir. O, işlətdiyi cinayətin məsuliyyətini dərk etməli idi. Leyla Yunusu heç kim müdafiə etməyəcək, çünki hər kəs, beynəlxalq təşkilatlar da onun milli maraqlarımızı satdığını gözəl bilir. Yox əgər onu kimsə müdafiə edəcəksə, bu artıq Azərbaycanın daxili işlərinə qarışmaqdır. O, özündən müştəbehlik edib özünü "güclü" sayır, amma o kimdir ki, beynəlxalq təşkilatlara müraciət etsin və beynəlxalq təşkilatlar da onun sözünü eşitsin".


Millət vəkili Ç.Qənizadə onu da əlavə edib ki, Leyla Yunusdan bu qədər sərvəti, pulu qrantları necə əldə etdiyi soruşulmalıdır: "Əgər eşitsəydim ki, Leyla Yunusun çantasından narkotik çıxıb, mən buna inanmazdım. Amma eşidəndə ki, o qrantları mənsimsəyir və ölkənin maraqlarına zidd olan şəxlslərlə işbirliyindədir, layihələr qurur, özünə varidat qurub, mən buna inanıram. O oğru ola-ola doğruların üstünə hücum çəkir. Onun bu addımlarını ciddiyə almaq lazım deyil və yaradacağı hansısa hərəkat da boş və mənasız bir şey olacaq".