Paytaxtın Binəqədi rayonunda, 9-cu mikrorayon ərazisində yeni məscid kompleksi tikilir. Paytaxtın Binəqədi rayonunda, 9-cu mikrorayon ərazisində yeni məscid kompleksi tikilir.

Bakıda tikilən məscid kompleksindən yeni xəbər

Paytaxtın Binəqədi rayonunda, 9-cu mikrorayon ərazisində yeni məscid kompleksi tikilir.




AzNews.az xəbər verir ki, bu haqda informasiyanı rayon icra hakimiyyətindən AzərTAc-a bildiriblər.

Tikintisinə 2012-ci ildə başlanan məscid dörd hektar ərazini əhatə edir. Məscid kompleksi eyni vaxtda 2 mindən artıq insana xidmət edəcək. Layihədə ibadət evinin həyətində avtomobillər üçün dayanacaqlar da nəzərdə tutulub.

Hazırda məsciddə minarələr inşa edilir. Ucaldılacaq 4 minarənin hər birinin hündürlüyü 72 metr, baş günbəzin hündürlüyü 55 metr, ikinci günbəzin hündürlüyü isə 35 metr olacaq.

Məscidin əsas salonu 900 kvadratmetr, qadınlar üçün nəzərdə tutulan salon isə təqribən 350 kvadratmetr nəzərdə tutulub.

Hazırda məscid üçün kanalizasiya, işıq və digər kommunal xətlər çəkilir.
Məscidin ətrafında olan zeytun ağaclarından ibarət bağın ərazisində müasir standartlara uyğun park salınacaq.

AzNews.az