Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev müdafiə nazirinin qərarı ilə “Silahlı Qüvvələrdə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə işin təşkili haqqında Təlimat” hazırlandığını deyib. Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev müdafiə nazirinin qərarı ilə “Silahlı Qüvvələrdə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə işin təşkili haqqında Təlimat” hazırlandığını deyib.

General KİV-lə işin təşkilindən danışdı

Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev müdafiə nazirinin qərarı ilə “Silahlı Qüvvələrdə kütləvi informasiya vasitələrinin nümayəndələri ilə işin təşkili haqqında Təlimat” hazırlandığını deyib.


AzNews.az xəbər verir ki, bu haqda məlumat "Azərbaycan Ordusu" qəzetində yer alıb.

Xəbərdə deyilir ki, prezident İlham Əliyevin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" sərəncamının icrası məqsədilə hazırlanmış təlimatda KİV nümayəndələri ilə işin təşkili qaydaları, media ilə əlaqələr, münasibətlərin əsas istiqamətləri, prinsipləri, jurnalistlərin hərbi obyektə buraxılması qaydaları və digər məsələlər əksini tapıb.

"Kütləvi informasiya vasitələri ilə necə işləmək və münasibətləri hansı formada qurmaq mövzusunda bilik və təcrübəyə yiyələnmiş şəxsi heyətlə iş üzrə zabitlərin təkmilləşdirmə kursunu başa vurmuş bir qrup hərbi qulluqçunun ilk buraxılışının həyata keçirilməsi, KİV nümayəndələrinin Silahlı Qüvvələrin hərbi hissələri və müəssisələrində fəaliyyət göstərməsinə dair akkreditə qaydalarının hazırlanması istiqamətində görülən işlər, hərbi mövzuda ixtisaslaşan jurnalistlər üçün seminarların, hərbi hissələrə səfərlərin təşkili məsələlərinin müəyyən edilməsi, mətbuat konfranslarının keçirilməsi və digər fəaliyyətlər də nazirliyin diqqət mərkəzindədir", - deyə Azərbaycan müdafiə nazirinin müavini bildirib.