“Peyğəmbərə 40 sual”dan – On ikinci sual

AzNews.az saytı "Stolüstü kitab" rubrikasında çoxunun stolüstü kitabına çevrilən "Peyğəmbərə 40 sual-cavab" kitabından istifadə etməklə, sonuncu peyğəmbər Məhəmmədə (s.ə.s) ünvanlanan sualları və Allahın Rəsulunun cavablarını təqdim edir.

Mələkul-Moutdan xəbər ver , ya Məhəmməd. Əzrayıl hansı sifətlərə malikdir və nə üçün xəlq olunmuşdur?

Həzrəti Məhəmməd cavab verdi ki, Mələkul-Mout (Əzrayıl) göyün dördüncü qatında qərar tutmuş bir mələkdir. Haqq-taalanın əmriylə ruhlar üzərində rəhbərdir. Allahın rəsulu sonra dedi: "Cəbrayılın dəvəti ilə merac edəndə göydə heybəti bir mələk gördüm. O, kürsü üzərində qoyulmuş böyük bir lövhəyə baxırdı. Mən soruşdum ki, ya Cəbrayıl, bu kimdir? Cəbrayıl əleyhissəlam ərz elədi ki,gördüyün o heybəti mələk Əzrayıldır. Allah-taalanın əmriylə lövhədən qeyri yerə nəzarət etməz. Daha sonra o dedi: Ya Əzrail, bu gördüyün iki cahan sərvəri Məhəmməd rəsulullahdır.

Əzrail bunu eşitcək ayaq üstə durdu. Gəlib salam verdi, izzət və hörmətlə məni yanına alıb, ya həbibullah, bilmədim, - deyə üzr istədi. ərz etdim: "Ya Əzrail, dördüncü qat göylərdə olduğun halda yer üzərindəki məxluqatıncanlarını necə alırsan?" Cavab verdi: "Ya Rəsulullah, haçan yer üzərindı adamın və ya bir canlının ömrü axıra gəlib çatıb, əcəli yetərsə, bu lövhədən mənə məlum olur. Sağ tərəfimdə duran rəhm mələkləri, sol tərəfimdə duran əzab firiştələridir. Hamısı mənim işarəmə müntəzirdir. Rəhmətə gedən möminsə, rəhmət mələklərindən göndərirəm. Cənnəti-Əladan mükafatla, asanlıqla canını alırlar. Mömin deyilsə, əza çələkləri gedib əzabla canını alır"

Peyğəmbər həmin sualın cavabını belə buyurdu.

AzNews.az