Azərbaycan şifahi xalq ədəbiyyatının qədim yazılı abidəsi olan Oğuz türk dastanı - “Kitabi-Dədə Qorqud”un alman şərqşünası, türkoloq Fridrix fon Dits tərəfindən alman dilinə tərcümə olunaraq dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümü münasibəti ilə geniş tədbirlər planı hazırlanır. Azərbaycan şifahi xalq ədəbiyyatının qədim yazılı abidəsi olan Oğuz türk dastanı - “Kitabi-Dədə Qorqud”un alman şərqşünası, türkoloq Fridrix fon Dits tərəfindən alman dilinə tərcümə olunaraq dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümü münasibəti ilə geniş tədbirlər planı hazırlanır.

Kamal Abdulla tapşırıqlar verdi – Toplantı

Azərbaycan şifahi xalq ədəbiyyatının qədim yazılı abidəsi olan Oğuz türk dastanı - “Kitabi-Dədə Qorqud”un alman şərqşünası, türkoloq Fridrix fon Dits tərəfindən alman dilinə tərcümə olunaraq dünyaya tanıdılması və ilk dəfə tədqiqata cəlb edilməsinin 200-cü ildönümü münasibəti ilə geniş tədbirlər planı hazırlanır.




AzNews.az xəbər verir ki, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevin rəhbərliyi ilə keçirilən müşavirədə bu istiqamətdə müzakirələr aparılıb və tapşırıqlar verilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Bakı Slavyan Universiteti, "Kultura+" internet televiziyasının məsul şəxslərinin iştirak etdiyi müşavirədə akademik K.Abdullayev yanvarın sonunda tədbirlər planının müzakirəsi ilə bağlı beynəlxalq səviyyəli ilk toplantının keçirilməsinin vacibliyini bildirib.
Dövlət müşaviri Azərbaycan Prezidenti İlham Əliyevin "Kitabi-Dədə Qorqud" dastanına böyük önəm verdiyini diqqətə çatdırıb: "Kitabi-Dədə Qorqud" abidəsinin açılış mərasimində cənab Prezident dastanı Azərbaycan xalqının milli sərvəti adlandıraraq qeyd edib ki, hər bir azərbaycanlı üçün əziz olan bu əsərdə xalqımızın keçmiş həyat tərzi, məişəti, psixologiyası əks olunub. Prezidentin bu qayğısı, diqqəti Ulu Öndər Heydər Əliyevin dastana göstərdiyi münasibətin sədaqətli şəkildə davamı və zamana uyğun inkişafıdır. Cənab Prezident Azərbaycanın bütün mənəvi dəyərləri ilə yanaşı, "Kitabi-Dədə Qorqud" dastanının da təbliğinin, öyrənilməsinin dünya mədəniyyəti xəzinəsinə daxil edilməsinin tərəfdarı və təşəbbüskarıdır".

K.Abdullayevin sözlərinə görə, dastanın "Təpəgöz" boyunun 1815-ci ildə Fridrix fon Dits tərəfindən almancaya tərcümə edilərək elmi müstəviyə çıxarılmasının 200-cü ildönümünün dünya səviyyəsində qeyd olunması Azərbaycan tarixi və mədəniyyətinin təbliğində çox önəmlidir. "Bu, Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, multikultural əhvalının dünyaya təqdim formalarından biridir" – deyən Dövlət müşaviri ilkin olaraq"Kitabi-Dədə Qorqud" və Fond Dits – 200"adı altında Beynəlxalq Kollokviumun keçirilməsini təklif edib. Yanvarın sonlarında planlaşdırılan Beynəlxalq Kollokviumun təşkilat komitəsi yaradılıb.

Xatırladaq ki, Fridrix fon Dits Yunanıstanda yaranmış bir çox mifoloji süjetlərin məhz "Kitabi-Dədə Qorqud"dan qaynaqlandığını deyibvə dastandakı Təpəgöz obrazının Homerin "Odisseya" poemasındakı Polifem obrazı ilə müqayisədə daha qədim olduğunu bəyan edib.
Bu mövzuda paralellər aparan K.Abdulayev vurğulayıb ki,"Nibelunqlar haqqında nəğmə" və "Kitabi-Dədə Qorqud" eposlarının müqayisəli tədqiqi ilə bağlı keçirilmiş konfranslar ermənilərdə qıcıq yaratmışdı: "Azərbaycana qarşı düşmən mövqedə duranların münasibəti bir daha göstərdi ki, cəngavərliyin əks olunduğu dastanlarımızın təbliğatında doğru yol tutmuşuq. Hətta alman germanistləri dastanlar arasındakı bu oxşarlığı araşdırdılar, "Kitabi-Dədə Qorqud" dastanını bizimlə birgə tədqiq və təbliğ etməyə başladılar".
Dövlət müşaviri "Kitabi-Dədə Qorqud" və Fon Dits – 200"proqramı əsasında ilboyu keçiriləcək tədbirlərdə filoloqlarla yanaşı, riyaziyyatçıların, fiziklərin, həkimlərin, mühəndislərin, yəni bütün sahələrin mütəxəssislərinin iştirakına şərait yaradılmasını tövsiyə edib.