ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev 2 gün öncə ANS ÇM radiosunun baş redaktoru Ceyhun Əsgərovu işdən qovub. Bu haqda məlumat AzNews.az-a ANS televiziyasından verilib. ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev 2 gün öncə ANS ÇM radiosunun baş redaktoru Ceyhun Əsgərovu işdən qovub. Bu haqda məlumat AzNews.az-a ANS televiziyasından verilib.

ANS-də rəhbər şəxslər işdən qovuldu - SİYAHI

ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayev 2 gün öncə ANS ÇM radiosunun baş redaktoru Ceyhun Əsgərovu işdən qovub. Bu haqda məlumat AzNews.az-a ANS televiziyasından verilib.


Məlumatda deyilir ki, Vahid Mustafayev Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını daşıyan radionun əməkdaşları ilə keçirdiyi iclasda 2 DJ-i də işdən kənarlaşdırıb.

Gərgin keçən iclasda Vahid Mustafayevin qardaşı Seyfulla Mustafayevin radionun ikinci müavini olan qızı Çinarə Mustafayeva aşağı vəzifəyə keçirilib. O, bundan sonra musiqi redaktoru kimi çalışacaq.

ANS Şirkətlər Qrupunun prezidenti televiziya işçilərinin də cəzalandırılması anonsunu verib.

Bununla yanaşı televiziyanın kadrlar idarəsinin rəisi ilə proqram departamentinin rəhbərinin də işdən qovulduğu deyilir.


Qeyd edək ki, teleaparıcı, jurnalist Ceyhun Əsgərov Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərovanın oğludur. O, 2002-ci ilin dekabrından 2011-ci iln martınadək ANS TV-də çalışıb. "Xəbərçi", "Hesabat" verilişlərinin aparıcısı olub.

Ceyhun Əsgərov bir müddət "Araz" radiosunda redaktor-DJ, sonra isə Tovuz rayonunda yerləşən Türkel telekanalının icraçı direktoru vəzifələrində çalışıb. O, ötən ilin sentyabrında yenidən ANS-ə qayıdaraq ANS ÇM-in baş redaktoru olub.