Mustafayev MTRŞ-a təqdimat göndərdi – "Fahişə" qalmaqalı

“Space” telekanalının rəhbəri Vaqif Mustafayev “Günaydın” verilişində baş verən “Sən fahişəsən!” qalmaqalı ilə bağlı Milli Televiziya və Radio Şurasına (MTRŞ) təqdimat göndərib.


Bunu AzNews.az-a MTRŞ-nın Aparat rəhbəri Toğrul Məmmədov deyib.

Onun sözlərinə görə, Vaqif Mustafayev olayla bağlı bütün sənədləri təqdim edib: "Yaxın günlərdə bu sənədlər mətbuata açıqlanacaq".

Qeyd edək ki, "Space"in efirində yayımlanan "Günaydın" verilişində yazar Əziz Musaoğlu müğənni Mətanət Əsədovanı "fahişə" adlandırıb.

Xatırladaq ki, Vaqif Mustafayev bu olayla bağlı MTRŞ-dan üzr istəyib.

Bahar RÜSTƏMLİ
AzNews.az